Zəngəzurun Xanabax (ermənilər adını dəyişərək Sünik rayonu, Xnatsax kəndi adlandırıb) yaxınlığında baş vermiş qəza nəticəsində həlak olan hərbçilər Zoran Arzumanyan və Zorak Samveloviç Yeranosyandır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
“İki hərbçi də müxtəlif dərəcəli bədən xəsarətləri ilə qarnizon hospitalına yerləşdirilib. Yaralı əsgərlərin vəziyyəti qənaətbəxş qiymətləndirilir, həyati təhlükəsi yoxdur", - deyə qeyd edilib.