28 Fevral 2023 13:52
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müdafiə naziri Suren Papikyanın sədrliyi ilə “Hərbi nizam-intizamın mövcud problemləri, onların səbəb-nəticə əlaqələri və təkmilləşdirmə yolları” mövzusunda müşavirə keçirilib.

Teleqraf.com xəbər verir ki, birləşmə komandiri öz məruzəsində hərbi hissələrdə qeydə alınan intizam pozuntularının statistikasını, aşkar edilmiş halları təqdim edib, onların təhlilinin problemlərin həlli üçün yeni yollar tapmağa imkan verəcəyini bildirib.

İclasın mövzusunun əhəmiyyətini qeyd edən Papikyan Silahlı Qüvvələrdə “dedovşina” və əxlaqsızlıqla mübarizənin gücləndirilməsinin, onların qarşısının alınmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, belə gərgin hallarda ən vacib addım əsl səbəblərin müəyyən edilməsi və qabaqlayıcı həll yolların görülməsidir.

İclasda hərbi birləşmənin komandanlıq heyətinin zabitləri də çıxış edərək, döyüş və qeyri-döyüş itkiləri, qəzalarla bağlı təfərrüatları təqdim ediblər.

Müdafiə naziri qarnizonun hərbi polis komandanlığına hərbi hissələrdə və döyüş mövqelərində qeydə alınmış hər bir halı hərtərəfli araşdırmaq, təkcə ayrı-ayrı intizam epizodlarının deyil, həm də intizamın pozulması hallarına nəzarəti gücləndirməyi tapşırıb. Eləcə də hərbi qulluqçularının “smartfon” kimi mobil telefonların olmamasının vacibliyinə vurğu edilib.

Papikyan qeyd edib ki, yaxın vaxtlarda bu istiqamətdə vacib addımlar atılacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər