Ermənistan Baş naziri Nikol Paşinyanın “KTMT regionu tərk edir” ifadəsi o deməkdir ki, KTMT görməli olduğu işləri görmür və yoxluğunu göstərir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Spiker KTMT baş katibinin Ermənistana gəlməsinin də heç nəyi dəyişmədiyini bildirib:
“Bu o demək deyil ki, KTMT Ermənistanı tərk etməyəcək. O gəldi, nə dəyişdi? Hər şeydən asılı olmayaraq, Ermənistan öz addımlarını atır, elə bir addım yoxdur ki, KTMT-yə üzv olmaq bizə mane olsun, narahatlıq doğursun. Hansı təşkilatda olmağımızdan asılı olmayaraq, Ermənistanın təhlükəsizliyini təmin etmək üçün bütün mümkün yolları axtarmağa davam edirik. Siyasi baxımdan gəlsinlər-getsinlər, gəlsinlər-getsinlər, məsələ həll olunmayacaq”.
Simonyan qeyd edib ki, KTMT-nin fəaliyyəti və reaksiyası birmənalı olaraq Ermənistan üçün kifayət deyil.