Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehrana səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Səfər çərçivəsində o, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə regiondakı vəziyyəti müzakirə edib.
Həmçinin iki ölkə arasında əlaqələr və onların inkişaf perspektivlərindən söz açılıb.