8 İyun 2023 12:08
2 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan və komandası yenidən qazdığı quyuya düşüb. Paşinyanın 5 ildən artıqdır ki, “uzaqgörən xarici siyasəti” nəticəsində Ermənistan dəfələrlə təhlükəli oyunlara cəlb olunub, Qərb-Rusiya qarşıdurmasının səhnəsinə çevrilib. O, çevik, balanslı davranış əvəzinə “birini sevindirmək üçün digərini pisləmək” siyasəti yürütdü, nəticədə hər iki tərəflə münasibətləri korlayıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr qeyd edir ki. Paşinyan onsuz da gərgin olan Ermənistan-Rusiya münasibətlərini kəskinləşdirərkən, Qərblə münasibətləri də yaxşılaşdıra bilmir:

“Söhbət Beynəlxalq Cinayətlər Məhkəməsinin əsasını təşkil edən və hakimiyyətin özünə başağrısı yaratdığı Roma Statutundan gedir.

Ermənistan Konstitusiya Məhkəməsi martın 24-də qərara alıb ki, Beynəlxalq Cinayətlər Məhkəməsinin əsasını təşkil edən Roma Statutu ölkə konstitusiyasına uyğundur və hökumət sazişin ratifikasiyası prosesini davam etdirə bilər. Roma Statutunun müddəalarına görə, Beynəlxalq Cinayətlər Məhkəməsi tərəfindən mühakimə olunan şəxslərə qarşı heç bir amnistiya tətbiq edilə bilməz. Haaqa Məhkəməsi də martın 17-də Rusiya prezidentinin həbsinə order verib. Yəni Roma Statutuna qoşulan Ermənistan Haaqa Məhkəməsinin bu qərarına əməl və Putini Ermənistana daxil olarkən həbs etməyi öhdəsinə götürür. Məhkəmənin qərarından sonra hökumət üç ay ərzində yekun təsdiq üçün parlamentə göndərməliydi, mayın 24-ü son tarix idi. İndi planlaşdırılmış vaxt başa çatıb.

Paşinyan daha bir anlaşılmaz davranış nümayiş etdirib: sazişi parlamentə göndərməyib, bunun səbəbləri barədə komanda yoldaşlarına məlumat verməyi lazım bilməyib.

Bu arada, saziş Konstitusiya Məhkəməsində olarkən yuxarıdan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvlərinə Rusiya prezidentinin əleyhinə cəsarətli bəyanatlar vermək tapşırılıb. Bunun da nəticəsi Rusiyanın Ermənistan hakimiyyətinə “sarı vərəqə” göstərməsi olub. Diplomatik kanallar müqavilənin ratifikasiya olunacağı təqdirdə bunun pis nəticələrinin olacağını gündəmə gətirirlər.

Hakim partiyanın bəzi üzvləri bunun Putinə qarşı olmadığını, Ermənistana beynəlxalq səhnədə Azərbaycana qarşı kömək edə biləcəyini dedilər. Amma gedişatda bunun ilk növbədə Rusiyaya qarşı istifadə ediləcəyi məsələsi gündəmə gətirildi. Azərbaycan bu sazişə qoşulmayıb, buna görə də beynəlxalq məhkəmənin Laçın dəhlizi ilə bağlı qərarlarına əməl etmək öhdəliyi də yoxdur. Beləliklə, Haaqa Məhkəməsinə qoşulmağın heç bir müsbət nəticəsi olmayacaq.

Hakim partiyanın deputatı Ovik Ağazaryan hesab edir ki, saziş ratifikasiya edilməlidir:

“Səhv etmirəmsə müqavilə 1999-cu ildə imzalanıb, əvvəlcə Rusiya da imzalayıb, sonra bəzi hallara görə imzasını geri götürüb. Biz imzamızı geri almamışıq, geri götürməmişiksə, ratifikasiya etməliyik, çünki oxşar sənədləri on illərlə gözlədə bilmərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər