"Hesab edirəm ki, hökumət Vardan Oskanyana belə bir fürsət vermək fikrində deyil, çünki bu, qeyri-ciddidir".
Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Akop Aslanyan bildirib.
Onun sözlərinə görə, keçmiş xarici işlər nazir Vardan Oskanyanın "mənə 3 ay müddətinə danışıqlar aparmaq səlahiyyəti verilsin, bu müddətdə Nikol Paşinyan sussun, mən danışıqları ermənipərəst həll yoluna gətirəcəm" fikri gülüncdür.
“Ciddi deyil, ona görə ki, birincisi, əgər insan 10 ilə yaxındır ki, o vəzifədə olubsa və 10 ildə bunu bacarmayıbsa, bu üç ildə də bunu bacaracağına inam haradadır? Bu, birbaşa bir daha sübut edir ki, həm əvvəllər, həm də indiki iqtidarlar keçmişdə niyə idarə etdiklərini, niyə hakimiyyətə gəlmək istədiklərini başa düşməyiblər”, deyə Aslanyan bildirib.
Aslanyan əlavə edib ki, Oskanyanın dediklərinə nəinki inanmır, həm də bunu gülünc hesab edir. “Çünki bu gün beynəlxalq birlik var, çoxlu vasitəçilik missiyaları var, bu gün diplomatik sahədə bütün istiqamətlərdə çox böyük işlər görülür. Ermənistan dünyaya sübut etməyə çalışır ki, onun dövləti, dövlətçiliyi var və bu ölkənin dövlətçiliyi heç kimdən, hansısa qrupun maraqlarından asılı deyil. Bizim tariximizdə hökumətlərimiz olub, dövlətimiz olub, amma dövlətçiliyimiz olmayıb, çünki o hakimiyyət erməni deyildi, ermənipərəst deyildi. SSRİ dövründə də bizim dövlət xalq dövləti deyil, bolşeviklər partiyasının dövləti idi. İndi dövlətin və dövlətçiliyin əsaslarını qoymağın vaxtı çatıb”.