25 İyul 2023 19:30
4 748
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Serj Sarkisyanın xarici ölkələrin rəhbərlərinə məktub yazmasına normal baxıram. Qarabağdakı "humanitar böhran"la bağlı məktubun birinci cümləsində "Paşinyan pisdir" sözünə rast gəlmək olar".

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.

“Biz də müxalifət olmuşuq və xarici aləmlə ünsiyyətdə olanda, Ermənistanın gündəmində olan məsələlərlə bağlı məktublar yazanda belə şeylərə yol verməmişik. İşlədiyim, ünsiyyət qurduğum, kənardan məktub yazdığım adamlar Sərkisyanın pis rəhbər olduğunu deyirlər. Bu sadəcə ayıbdır. Mən öz adımdan demirəm, o insanların reaksiyasını təsəvvür edə bilirəm. O, özünü, ölkəni dəyərdən saldı. Onun məktubunu oxuyan hər kəsin ilk reaksiyası o olacaq ki, Ermənistanın keçmiş lideri indiki rəhbər haqqında xarici dövlətlərin başçılarına “donos” yazıb".

Xatırladaq ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderlərinə açıq məktub yazaraq, onları Qarabağdakı duruma müdaxilə etməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər