4 Avqust 2023 17:28
2 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük müharibədə itkin düşən erməni hərbçilərin valideynləri Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirirlər.

Teleqraf.com xəbər verir ki, valideynlər Ermənistan baş nazirinin etinasızlığından şikayətlənirlər.

Valideynlərdən birinin dediyinə görə, Baş nazir Nikol Paşinyanın onlara verəcəyi cavabı yoxdur:

“Sonuncu dəfə valideynlərlə görüşdə Nikol Paşinyan bizə dedi ki, başa düşmürəm, evdə başqa uşağınız yoxdur, gedin uşağınıza baxın, itkin düşəndən sonra bütün günü nə işlə məşğulsunuz?”


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər