Ermənistanda hərbi hissələrdən birində əsgər ölümcül yaralanıb.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın müdafiə nazirliyi məlumat yayıb.
Məlumata görə, hərbi qulluqçu Jora Karapetyan ölümcül yaralanıb və onun həyatını xilas etmək mümkün olmayıb.
Əsgərin ölümü ilə bağlı cinayət işi açılıb. Artıq onunla yanaşı hərbi xidmətdə olan iki əsgər saxlanılıb.
İstintaq Karapetyanın başından aldığı güllə yarasından öldüyünü müəyyən edilib. İlkin məlumatlara görə, əsgərin intihar etməsinə digər əsgərlər tərəfindən ona qarşı təzyiq göstərilməsi səbəb olub.