8 Sentyabr 2023 00:12
1 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə Ermənistanın hərbi texnikasının aktiv hərəkəti əks olunur. Hərbi birləşmələrin yerdəyişməsi Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribata hazırlaşdığını sübut edir.

Qeyd edək ki, artıq neçə gündür Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanla sərhəddə ordumuzun mövqelərinin atəşə tutulduğunu bildirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər