Ermənistan Baş naziri Nikol Paşinyan Kremlə zəng etsə də, dəstəyi götürən olmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr Rusiya-Ermənistan münasibətlərindəki gərginlikdən yazıb:
“Məlum olduğu kimi, Paşinyan sentyabrın 9-da ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstan baş naziri ilə telefon danışığı aparıb. İki gün sonra Putinlə yox, Türkiyə Prezidenti Ərdoğanla danışıb. Bir neçə gün sonra Paşinyan qeyri-müəyyən şəkildə əmin etdi ki, Putinlə daimi təmasdadır, Rusiya lideri bölgədə nə baş verməsindən xəbərdardır.
Putin isə bundan sonra bildirdi ki, Paşinyandan böyük bir məktub alıb. Hökumətdəki mənbələrimizə görə, Paşinyan zəng edib, amma Kremldə ona cavab verilməyib, bundan sonra Putinə geniş məktub göndərib. Rusiya lideri bu barədə Vladivostok konfransında məlumat verib.
Hakimiyyətə yaxın mənbə deyir ki, Nikol Paşinyan həmin məktubda Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, bunun Kremlə qarşı olmadığına inandırmağa çalışıb”.