6 Noyabr 2023 12:11
8 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanı qarşıda cəhənnəmə bənzər gələcək gözləyir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Vahe Ovannisyan deyib.

“Bu gün beynəlxalq ekspertlər Ermənistanın mümkün zonalara bölünməsi perspektivini müzakirə edirlər. Hadisələrin son nəticədə kiçik Ermənistanın Türkiyə, Rusiya, İran, Avropa Birliyi arasında təsir zonalarına bölünməsinə gətirib çıxara biləcəyi istisna olunmur”, - ekspert bildirib.

Ovannisyan Ermənistanın iradəsinin özündə olmadığını, qeyri-müəyyən gələcəyə kənar güclərin yedəyində süründüyünü söyləyib. Erməni ekspert ölkəsinin gələcəyini “cəhənnəm” kimi təsvir edir.

“Keçmişimizi yüz faiz məhv etmişik, indi əzilmiş, alçaldılmış, ləyaqətsiz, ümidsiz və qeyri-müəyyən vəziyyətdəyik. Amma bizi yeni mərhələ gözləyir. Qarşıda ağılsız, plansız, dağılmış halda getdiyimiz “gələcək” var”, - ekspert əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər