Rusiyanın Ermənistandakı səfirliyi bu ölkədə “Sputnik” radiosunun yayımının 30 gün müddətinə dayandırılmasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, səfirlikdən verilən cavab yumşaqlığı və “başqa çalarlar”ı ilə diqqət çəkib.
“Təəssüflə bildirik ki, qərar erməni dinləyicinin seçdikləri mənbədən məlumat almaq hüququna təsir edəcək. Onu da qeyd edək ki, Rusiya media qurumunun dost Ermənistanımızdakı filialının yayımının dayandırılması barədə qərar bu il dekabrın 14-də Rusiya və Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirlikləri arasında konstruktiv məsləhətləşmələr aparıldıqdan bir həftə sonra qəbul edilib.
Bu addım Rusiya ilə Ermənistan arasında ənənəvi, qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan müttəfiqlik münasibətlərinin kəsilməsini getdikcə daha çox müdafiə edənlərə güzəşt kimi görünməyə bilməz”, - səfirliyin məlumatında deyilir.
Ermənistan Yayım Korporasiyasının qərarı ilə “Sputnik Ermənistan” radiosunun fəaliyyəti bir aylıq dayandırılıb.