26 Dekabr 2023 16:02
8 967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyada olarkən NATO-dan İrəvana xəbərdarlıq edilib.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Aren Saratikyan deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərinin Rusiyaya səfəri Avropa Birliyi və ABŞ-ni narazı salıb:

“Paşinyan Avrasiya İqtisadi Birliyi və MDB-nin sammitlərinə qatılmaq üçün Rusiyaya gedərkən Qərbdən etirazlar gəldi.

Ermənistanın xarici siyasətindən danışan NATO baş katibinin xüsusi nümayəndəsi Ksavye Kolomina bildirdi ki, İrəvan Moskvadan uzaqlaşmaq məqsədilə xarici siyasətini dəyişməsi ilə bağlı çox aydın qərar verib:

“Ermənilər öz qərarlarını verməkdə azaddırlar və bunu etmək qərarına gəliblər, artıq bizə yaxınlaşmağa başlayıblar, daha çox əməkdaşlıq, daha çox siyasi dialoq gözləyirlər, NATO-nun münasibətlərdə daha çox iştirakını istəyirlər”.

Beləliklə, Qərb Paşinyana xarici siyasi vektorunu dəyişmək siyasətindən yayınmamaq üçün konkret xəbərdarlıq edir. Son bəyanat bunun açıq sübutudur. İndiyədək belə səfərlərlə bağlı sərt açıqlamalar yox idisə, yeganə səbəb o idi ki, Qərb sonda özünü harada gördüyünü Paşinyanın özündən anlamaq istəyir.

İstisna deyil ki, Ermənistana qayıtdıqdan sonra birdən Paşinyan xarici siyasi vektoru dəyişmək istəmədiyi məlum olsa, Qərb gələn ildən daha sərt mövqe tutacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər