14 Yanvar 22:49
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan İstintaq Komitəsi ordunun əsgəri Benyamin Manuçaryanın ölümü ilə bağlı cinayət işi açıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.

Cinayət işi bir insanın ölümünə səbəb olan hərbi vəzifə səhlənkarlığı əsasında başlayıb.

Hərbçi ilə əlaqə yanvarın 13-də döyüş mövqelərindən daimi dislokasiya yerinə qayıdarkən kəsilib. Ertəsi gün onun meyiti Sünik rayonunun (Zəngəzur) Sxuni kəndi yaxınlığında uçqun altından çıxarılıb. İstintaq çərçivəsində məhkəmə-tibbi ekspertizası təyin edilib, hadisənin hərtərəfli araşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, bu, həftə ərzində Ermənistan ordusunda üçüncü qeyri-döyüş itkisidir. Yanvarın 9-da müddətli hərbi xidmətdə olan əsgər atəş açaraq zabitlərdən birini öldürüb. Elə həmin gün Müdafiə Nazirliyinin digər hərbi hissəsinin mühafizə olunan ərazisində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkarlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər