5 Aprel 12:43
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ermənistana iqtisadi-ticari sanksiyalar tətbiq etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Ermənistan hakimiyyətinin anti-Rusiya addımları işgüzar dairələrdə təşviş yaradıb. Hətta hökumətə bağlı iş adamları belə bütün bunlardan yaxşı qoxunun gəlmədiyini deyirlər. Bizə bildirilib ki, bu çevrə artıq Moskvadan mesajlar alıb, yaxın vaxtlarda Nikol Paşinyana yaxın iş adamlarına qarşı sanksiyalar tətbiq olunacaq.

Larsdakı (Gürcüstan-Rusiya keçid məntəqəsində ermənilərə maneə - red.) əngəllər və qadağalarla yanaşı, Rusiya bazarı onların məhsullarına bağlanacaq, vergi və digər tədbirlər görüləcək, bu da Rusiyanın rədd edilməsinin nəyə gətirib çıxara biləcəyini göstərəcək. Rusiya hakimiyyəti Brüssel görüşünü gözləyir, bundan sonra Ermənistan hökumətinin seçimi aydınlaşanda bu addımlar praktik xarakter daşıyacaq”, - nəşr yazır.

Brüsseldə gözlənilən ABŞ-Avropa Birliyi-Ermənistan görüşü bu gün Bakı vaxtilə 14:00-da başlayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər