Azərbaycana aid olan hər şeyə Azərbaycan, Ermənistana aid olan hər şeyə Azərbaycan nəzarət etməlidir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxış edərkən deyib.
Paşinyanın bu sözləri parlamentdə gülüşə səbəb olub, o, dərhal cümləsinə "düzəliş" edib və Ermənistana aid olana da Ermənistanın nəzarət etməli olduğunu bildirib.