16 Aprel 08:28
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM (Universidad Nacional Autónoma de México) Universitetinin professoru Talya İşcanın müəllifliyi ilə Qərbin Cənubi Qafqazı qarşıdurma və toqquşmalar üçün yeni platformaya çevirmək niyyətinə dair “Dananlara və gətirdikləri hədiyyələrə etibar etməyin” (Teman a los dánaos y a los regalos que traen) başlıqlı təhlil xarakterli məqalə dərc olunub.

Bu barədə Teleqraf.com-a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Brüsseldə keçirilmiş məlum 5 aprel görüşünə istinad edən müəllif sülhə istiqamətlənən regionda Qərbin son addımlarından xəbərdar olanlar üçün Ermənistana artan marağın təəccüblü olmadığını bildirib.

Ermənistanı təhrik edərək Cənubi Qafqazı parçalamaq və Azərbaycanın təcrid olunmasnı nəzərdə tutan keçirilmiş görüşə münasibətdə ölkəmizin narahatlığına haqq verən müəllif sözügedən görüşün digər regional güc Türkiyə tərəfindən regionda bir çox mürəkkəb problemlərin həlli üçün əsas olan neytral yanaşmanı pozmaq cəhdi kimi qiymətləndirildiyini, Azərbaycanı istisna edən istənilən təşəbbüsün Cənubi Qafqazın sülh əvəzinə geosiyasi qarşıdurmaya çevrilməsinə yol açacağı barədə xəbərdarlıq edildiyini vurğulayıb.

Bu xüsusda, məqaləsində Qərbin və Avropanın Ermənistanla iqtisadi əməkdaşlıq adı altında pərdələnmiş görüşünün əsl məramını təhlil edən müəllif görüşün əslində regionu parlaçalamağa yönəlik bir addım olmasına eyham edib. O, Avropa tərəfindən Ermənistanı silahlandırmaq və ölkəni Rusiyadan uzaqlaşdırmaqla Cənubi Qafqazı idarə etmək məqsədilə mütəmadi əsasda səsləndirilən mövcud olmayan “təşviş yaradan" ssenarilər, habelə Fransa prezidenti və Fransanın Ermənistandakı səfiri tərəfindən səsləndirilən bəyanatlar fonunda Qərbin səmimiyyətinin şübhə doğurduğunu bildirib.

Məqaləsində bununla yanaşı Qərbin bu kimi mövqeyinin təhlükəli olduğunun İtaliya kimi bir sıra Avropa dövlətləri tərəfindən qəbul edildiyini bildirən müəllif sözügedən ölkələr tərəfindən Azərbaycanın Aİ-nin tərəfdaşı kimi, xüsusilə də enerji sektorunda mühüm rolunun tanındığını diqqətə çatdırıb.

Məqaləsində Ermənistanın Qərblə yaxınlaşmasının mənfi nəticələrindən söz açan müəllif Rusiya və İranın sərgilədiyi mövqelərə toxunub. O, Ermənistan hökumətinin vəziyyətdən istifadə edərək özünü Rusiya və İrana qarşı Qərbin dayağı kimi göstərməyə çalışdığını qeyd edib. Bu xüsusda, Qərb tərəfindən Ermənistanın tarixi və ən mühüm müttəfiqi Rusiyadan uzaqlaşdırmaq cəhdlərinin öz növbəsində bir sıra Qərb ölkələri ilə Rusiya arasında yeni gərginliklərə yol açdığını bildirən müəllif Rusiya mənbələrinə istinadən Ermənistanda yerləşdirilmiş məlum Aİ missiyasının faktiki olaraq NATO missiyası olduğunu diqqətə çatdırıb. İrana gəldikdə isə, Ermənistanın Qərblə yaxınlaşmamaqla bağlı xəbərdarlıq edildiyi xatırladılıb.

Sonda Qərbin son gedişi və cəhdlərinin Qərblə Rusiya arasında daha bir qarşıdurmaya səhnə kimi Cənubi Qafqaz regionunun parçalanması istiqamətində çox təhlükəli tendensiyaya dəlalət etdiyini bildirən müəllif bunun Ermənistanın gələcəkdə suverenliyinin zəifləşməsi ilə ölkənin “suriyalaşması” demək olduğunu diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər