1 İyun 15:48
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Ermənistan Baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Rusiya prezidenti Ermənistanın baş nazirini ad günü münasibətilə təbrik edib. Nikol Paşinyan təbrik və xoş arzularına, o cümlədən baş vermiş daşqın nəticəsində Lori vilayətində dəmir yolunun dağılmış hissələrinin tezliklə bərpası ilə bağlı Rusiya Dəmir Yollarına verdiyi göstərişə görə Rusiya prezidentinə minnətdarlığını bildirib”, - açıqlamada deyilir.

Putin iddia edir ki, Rusiya ilə Ermənistan arasında "çoxəsrlik dostluq" əlaqələri var və bu, qarşılıqlı hörmət ənənələrinə əsaslanır: "Bu əlaqələrin hər iki ölkənin xalqlarının rifahı naminə uğurla inkişaf etdirilməsinin tərəfdarıyıq”.

Rusiya Baş naziri Mixail Mişustin də Nikol Paşinyana zəng edib.

Özbəkistan, Belarus və Qazaxıstan prezidentləri Şavkat Mirziyoyev, Aleksandr Lukaşenko və Kasım-Jomart Tokayev isə Ermənistan baş nazirinə təbrik məktubları göndəriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər