13 İyun 10:49
9 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın gələcəkdə Fransa və ABŞ hərbi bazaları Ermənistan ərazisində yerləşdirilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, polkovnik İqor Korotçenko deyib.

Ekspert Ermənistanın hərbi cəhətdən Rusiyanı ABŞ və Fransa ilə əvəzləməyə hazırlaşdığını iddia edir:

“Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqlayıb.

İlin sonuna qədər bu - ən mənfi ssenari reallaşarsa, İrəvan Gümrüdəki Rusiya hərbi bazasını bağlamaq və orada Fransa hərbi bazasını yerləşdirməklə bağlı siyasi qərar qəbul edə bilər. Eyni zamanda, Ermənistandakı Rusiya sərhədçilərini də eyni aqibət gözləyir.

Fransa hərbi bazasının ardınca Amerika aviabazası da çox yaxında Erebunidə yerləşdirilə bilər. Həmçinin ABŞ-nin elektron kəşfiyyat mərkəzinin Ermənistanda yerləşdirilməsi istisna edilməməlidir.

Paşinyanın “Rusiya hərbi bazası məsələsi gündəmdə deyil” kimi məlum bəyanatına gəlincə, bu, sadəcə Rusiyanı qarmaqda saxlamaq istəyi, strateji dezinformasiya elementidir. Moskvanı vaxtından əvvəl sərt cavab addımlarına, o cümlədən mümkün iqtisadi sanksiyalara təhrik etməmək üçün İrəvanla Vaşinqton, Paris və Brüssel arasında razılaşdırılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər