12 İyul 11:34
12 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan payızda KTMT-dən çıxmaqla bağlı qərar verə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Paşinyan yaxın çevrəsini toplayaraq sentyabr-oktyabr aylarında ciddi, kəskin addımlar atacağını deyib, amma bunların konkret nələrlə bağlı olacağını açıqlamayıb:

“Mənbələrimiz iddia edir ki, Paşinyanın bu müddətdə KTMT-dən çıxmaqla bağlı qərar verəcəyi istisna deyil.

Paşinyan bu kontekstdə bildirib ki, hazırda bəzi parlamentdənkənar qüvvələrlə geniş konsolidasiyaya ehtiyacı var. Baş nazir təxminən öz yaxın ətrafına belə bir göstəriş verib: “Danışın, inandırın, onları bizim tərəfimizə gətirin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər