“Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanması prosesində fəal iştirak edir”.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin xarici işləri naziri Ararat Mirzoyan Nyu-Yorkda keçirilən Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində çıxışı zamanı deyib.
Nazir Türkiyə ilə münasibətlərin tam nizamlanması üçün bütün səylərin səfərbər olduğunu da qeyd edib.
“Ermənistan Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, dövlət sərhədinin delimitasiyası prinsipinə əsaslanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin bağlanması prosesində səmimiyyətlə iştirak edir.
Bu proses uğurla yekunlaşarsa, şübhəsiz ki, diplomatik münasibətlərə, sərhədlərin açılmasına və regiona müsbət təsir göstərəcək”, -Mirzoyan bildirib.