5 Avqust 13:42
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ətrafında vəziyyət çox ağırdır, bölgədəki durum əleyhimizədir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan deyib.

General Ermənistanın həmişə onu dəstəkləyən ən yaxşı müttəfiqi Rusiyanı itirdiyini bildirib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Qərbə üz tutmağa çalışır, amma Qərbdə heç kim Ermənistanı gözləmir:

“Qərb Ermənistanı Avropa Birliyi və NATO-ya qəbul etməyə hazır deyil. Türkiyə 15 il gözlədi, qəbul etmədilər. Gürcüstan 10 ildir gözləyir, bu gün isə sanksiyalar tətbiq olunur. İndi bizim üçün də əsas sual budur ki, bizi Avropada gözləyirlərmi? Məncə, yox”.

Karapetyan bölgədə (tarixi Azərbaycan ərazilərində - red.) ermənilərə dövləti Rusiyanın yaratdığını da dolayısı ilə etiraf edib.

“Tarixən biz həmişə Rusiyanın yanında olmuşuq. Bu gün Ermənistanda dövlətçilik varsa, bu, Rusiyanın sayəsindədir. Rusiya olmasaydı, bu bölgədə nəinki dövlət, heç ermənilər də olmazdı. Ermənistan hakimiyyətinin etdikləri avantüradır, çünki region ölkələri, hətta Türkiyə, Gürcüstan belə Qərbin problemləri həll etmək üçün bölgəyə gəlməsində maraqlı deyil”, – sabiq müdafiə naziri vurğulayıb.

Karapetyan Rusiyadan imtina edərək Qərbə üz tutmağın fəlakətli nəticələri barədə xəbərdarlıq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər