19 Avqust 12:23
2 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan indidən 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlaşmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu erməni iş adamı Harutyun Mnatsakanyan deyib.

“Təxminən ilyarım sonra seçkilər keçiriləcək, Ermənistanda yalnız bir nəfər buna hazırlaşır. Nikol Paşinyan bir aydan çoxdur seçkiqabağı kampaniyaya başlayıb. Seçkiqabağı təşviqat çox əsaslı və düşünülmüş şəkildə təşkil olunur. Festivallar, qonaqpərvərlik, velosiped sürmək və sair. Paşinyan vaxtından əvvəl istefa verib, yeni seçkilər təşkil etmək ehtiyacı hiss edərsə, təəccüblənmərəm. Müxalifət isə hələ də yatır”, - iş adamı bildirib.

Mnatsakanyan müxalifət arasında fikir birliyinin olmadığını, qurulan koalisiyaların da effektsiz olduğunu qeyd edib: “Müxalifət nə edəcək? Yuxudan oyanmamış bir-birinə zidd dəyərlərlə koalisiya qurmağa başlayır, əzbərlənmiş terminlər və sözlərdən istifadə edir, yenə də eyni çubuqla idarə olunur, sonda da xalqı “zombi” adlandırıb dağılışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər