Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın ötən günlərdə Rusiyaya səfər etməsi ilə bağlı iddiaya aydınlıq gətirilib.
Teleqraf.com xəbər verir ki, sabiq prezidentin ofisindən yerli mediaya verilən açıqlamada iddia təkzib edilib.
“Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın Rusiyaya səfəri ilə bağlı yayılan məlumatlar dezinformasiyadır. Üstəlik, Serj Sərkisyan 2018-ci ildə hakimiyyəti ələ keçirildikdən sonra Rusiyaya heç bir səfər etməyib”, - açıqlamada deyilir.
“Hraparak” qəzeti bundan əvvəl keçmiş prezidentin mümkün erkən seçkilərlə əlaqədar Moskvaya getdiyini, bəzi erməni iş adamları görüşdüyünü yazmışdı.
2018-ci ildə Sərkisyanı Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan hakimiyyətdən uzaqlaşdırıb.