Ermənistan və İran Araz çayı üzərində yeni körpünün tikintisi ilə bağlı məsələni müzakirə edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən yerli mətbuata bildirilib.
“Ermənistan və İran arasında Araz çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı texniki məsələlər müzakirə olunur”, - nazirliyin açıqlamasında deyilir.
Xatırladaq ki, may ayında İrəvan və Tehranın körpünün tikintisi üçün işçi qrupu yaradacağı barədə məlumat yayılmışdı.
Araz üzərində yeni körpünün tikintisi üzrə işlərə 2023-cü ilin sonunda başlanılıb. Yeni körpünün mövcud körpü ilə paralel tikiləcəyi bildirilir. Hazırkı körpü 1995-ci ildə tikilib.