31 May 2022 12:26
4 613
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 may tarixində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BSH) KİV nümayəndələri üçün media mərkəzinin fəaliyyəti, akkreditasiya prosesi, jurnalist va fotoqrafların iş prinsipləri barədə seminar təşkil edib.

Teleqraf.com xəbər verir ki, seminarda 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi haqqında ümumi məlumat, ölkəyə gələcək komandaların heyəti, yarış təqvimi, təhlükəsizlik və COVID-19 qaydaları haqqında məlumat verilib.

Qeyd olunub ki, ümumilikdə 100-ə yaxın yerli media nümayəndəsinin akkreditasiya müraciəti qeydə alınıb. Formula 1 Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2022-ci il Formula 1 yarışları üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) va Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir.

Bakı şəhərinin ev sahibliyi etdiyi 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq. Artıq 6-cı olan bu yarış ötən ildən fərqli olaraq tamaşaçıların iştirakı ilə keçiriləcək.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər