Adətən, belə hadisələr haqqında ərəb ölkələri ilə bağlı xəbərlərdə eşidirdik. Dövrümüzün bəlası hesab olunan İŞİD-in hətta belə bir bazar açdığı artıq dünyaya bəllidir.
Amma bu dəfə söhbət heç də ərəb ölkələrindən getmir. Amma əlbəttə, Şərq yenə özünü göstərir. Hər şeyin saxtası ilə məşhur Çin bu dəfə də sevginin saxtasını icad edib. Çinli kişilər Vyetnamdan 3.200 dollara gəlinləri satın alırlar. Məsələ əsasən, internet üzərindən həll olunur.
Teleqraf.com-un xəbərinə görə, Vyetnamdakı ağır iqtisadi- sosial vəziyyət valideynləri belə bir addım atmağa məcbur edir. Bunu satılan gəlinlər deyir. Alqı-satqıya baxmayaraq, Vyetnamdakı ağır həyatdan qurtulan bəzi qadınlar həyatlarında razı olduqlarını deyirlər. Çinlilərin belə addım atmağına isə dövlət tərəfindən ailədəki uşaq sayına qoyulan məhdudiyyət nəticəsində yaranan cinsi qeyri-bərabərlik səbəb olub. Belə ki, qadın azlığı digər ölkələrdən qadınların gətirilməsinə, çox vaxt isə satın alınmasına səbəb olur.
Digər ölkələrdən alınan gəlinlərin isə qiyməti hardan gətirilməsindən asılı olaraq dəyişir. Məsələn, rus gəlinlər 4500 dollara, Əfqanistandan olanlar 2500 dollara, Yeni Qvineyadan gətirilənlərin qiyməti isə 50000-100000 dollar arasında olur. Ən ucuz qiymətlər isə hindistanlı gəlinlərindir: 88 – 660 dollar arasındadır.
Ülkər