23 Avqust 2014 20:57
6 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Barselona sakinlərini İngiltərədən gələn turistlərin şəhərdə çılpaq gəzib alış-veriş etməsi şoka salıb.

Turizmin qızğın dönəmində küçələrdə çılpaq gənclərin gəzməsi ispanları qəzəbləndirib və şəhər sakinləri bələdiyyələrdən bunun qarşısını almalarını, tədbirlər görülməsini tələb ediblər.

Teleqraf.com-un xəbərinə görə, Barselona sakinləri eyni zamanda əmlak şirkətlərinin sahildə kirayə verdiyi evlərdə 10 nəfərdən çox adamın bir yerdə yaşamasına diqqət çəkib. Gecələr ingilis turistlərin həddən artıq içki içib, çılpaq gəzib, səs-küy salmaları da qalmaqala səbəb olub.

Barselona ətrafında, xüsusən, sahil bölgəsində çox sayda kiçik alış-eriş məkanlarının və fəst-fudların köçmən müsəlmanların əlində olması iki tərəf arasında münaqişənin genişlənməsinə səbəb olub.

İspaniyada turizm əsas gəlir mənbəyi olduğundan hökumət İbisa və Mallorka adalarında turistlərin hər cür hərəkətinə uzun illər ərzində göz yumub. Ancaq Barselona kimi şəhərdə ingilislərin küçədə çılpaq gəzməsinə şahid olan sakinlər buranın həm də mədəniyyət mərkəzi olduğunu və bu cür hərəkətlərə yol verməyəcəklərini bildiriblər.

Ülkər


Müəllif:

Oxşar xəbərlər