Şair Aqşin Yeniseyin səhhəti normallaşır
Teleqraf.com aznews.az-a istinadən bildirir ki, bu barədə şairin qardaşı Eltac Əliyev məlumat verib. Onun sözlərinə görə, A.Yeniseyin səhhətində xeyli irəliləyişlər hiss olunur:
“Şair hazırda sistem altındadır. Bu üzdən də danışa bilmir. Amma əvvəlki günlərə baxanda onun vəziyyəti yaxşıdır”.
Şairin qardaşı bildirib ki, A.Yeniseyin xəstəxanadan nə vaxt çıxacağı məlum deyil: “Bu barədə məlumatsızıq. Bir onu deyə bilərik ki, müalicə hələ davam edir”.
Qeyd edək ki, A.Yenisey qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir.