28 İyun 2014 14:32
1 741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Star TV telekanalında nümayiş olunan "Medcezir" serialının yeni seriyasının çəkilişində qalmaqal baş verib.

Baş rollarda Çağatay Ulusoy, Serenay Sarıkaya, Barış Falay və Mine Tugayın oynadıqları teleserialın çəkiliş meydançalarından fotolarla xəbərlərin sürəkli olaraq mediaya sızması "Medcezir"i çəkən "Ay Yapım" studiyasının rəhbərliyini sinirləndirib.


Teleqraf.com Milli.Az istinadən bildirir ki, teleserialın rejissoru Kerem Çatay çəkiliş meydançasında aktyorlarla texniki heyəti bir araya gətirərək onlardan mobil telefonlarını istəyib.

Mobil telefonlar yığılıb Çataya veriləndən sonra o, köməkçiləri ilə birlikdə otağına çəkilib.


Otaqda Çatay mobil telefonların fotoqalereya və "Kontaktlar" bölmələrini araşdırmağa başlayıb.

Araşdırma bitəndən sonra K.Çatay telefonları sahiblərinə qaytarıb və deyib: "Bundan sonra çəkilişlərlə bağlı hər hansı xəbərin sızmasını istəmirəm. Sürəkli olaraq fotolar, xəbərlər çıxır. Bu da bizə təsir edir. Diqqətli olun".


Yeni qaydalara görə, bundan sonra çəkilişlər başlayanda aktyorlar və texniki heyətin telefonları əllərindən alınacaq.

"Medcezir"də baş rollarda oynayan Çağatay Ulusoy və Serenay Sarıkayaya xüsusi xəbərdarlıq olunub. K.Çatayın dediyinə görə, onların münasibətləri medianın gündəmindədir.

Bu arada bəlli olub ki, teleserialda "Ender" rolunu oynayan Mine Tuqay "Medcezir"i tərk edib.


Müəllif: