28 İyul 2016 22:15
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda apardığı dinc mübarizəyə görə, Əhər zindanında saxlanılan gənc fəal İbrahim Nuri iyulun 28-də aclıq aksiyasına başlayıb.

Gənc fəal, qanuna riayət edilməməsinə və işinə baxan məhkəmə hakimi tərəfindən barəsində çıxarılan qanunsuz qərara etiraz əlaməti olaraq iyulun 28-dən aclığa başladığını bildirib. Gənc fəal, sistemə qarşı təbliğat aparmaqda və əhalini aksiyalara qatılmağa təşviq etməkdə günahlandırılır.

Xatırladaq ki, İbrahim Nuri, “Qüds günü” ərəfəsində digər azərbaycanlı fəal, Əkbər Cahangirzadə ilə birlikdə iyulun 17-də Əhərdə ETTELAAT-çılar tərəfindən Əhərdə tutulsa da, bir gün sonra qoyduğu mülk girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı. Sərbəst buraxılmasından az sonra Əhər İnqilab Məhkəməsinin 2-ci Şöbəsinə çağırılan fəal, yenidən tutularaq Əhər zindanına köçürülüb.

Xatırladaq ki, fəal İbrahim Nuri, milli zəmində apardığı dinc fəaliyyətinə görə bundan əvvəl bir neçə dəfə tutularaq həbs edilib və həbsdə saxlanıldığı müddətdə müxtəlif fiziki və psixi təzyiqlərə məruz qoyularaq təhdid edilib.


Müəllif:

Oxşar xəbərlər