Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ilk matçları çərçivəsində Ağdamın “Qarabağ” klubunun Çexiya təmsilçisi “Slovan”la keçirəcəyi oyunun məkanı məlum olub.
AZƏRTAC xəbər verir ki, qarşılaşma “Dalğa Arena”da oynanacaq. Bir neçə gün əvvəl UEFA-dan ölkəmizə göndərilən nümayəndə heyətinin rəyindən sonra bu qərar verilib.
Qeyd edək ki, qarşılaşma sentyabr 15-də saat 19:00-da start götürəcək.