6 Yanvar 2017 14:53
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Autizmə oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir”.

Bu barədə Teleqraf.com-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasından məlumat verilib.

Klinikadan bildirilib ki, autizmə oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir. Lakin bu, qızlarda daha ağır formada özünü göstərir. Autizmin uşaqlarda özünü göstərən tipik əlamətləri aşağıdakılardır:

Göz təması məhduddur və ya yoxdur; ətrafa laqeyddir; adına reaksiya vermir; çox hərəkətli və ya hərəkətsiz ola bilər; bəzi uşaqlar fiziki təmasa (öpmək, qucaqlamaq və s.) icazə vermir, ya da xoşu gəlmir; əksər hallarda insanları deyil, cansız varlıqları seçir; sosial və psixoloji baxımdan özünü təcrid edir; barmağı ilə istədiyi şeyi göstərmir; bəzi sözləri təkrar-təkrar və yersiz söyləyir; gözləri bir səmtə zillənib qalır; səbəbsiz yerə stresli və məyus olur və s.

Klinikadan verilən məlumata görə, bu kimi əlamətləri uşaqda hiss etdikdə gecikdirmədən onun həkimə aparılması vacibdir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər