Azərbaycanın işğal altındakı torpaqlarında sabah keçiriləcək “konstitusiya referendumu” ilə bağlı Dağlıq Qarabağa bir sıra xarici ölkələrin nümayəndələri müşahidəçi qismində səfər edəcək.
Belə müşahidəçilərin sayını artmaqda davam edir.
“Bolqarıstanın Xilası Milli Cəbhəsi” partiyasının sədri Valeri Simeonovun başçılıq etdiyi bolqar nümayəndə heyəti, Almaniyanın Ermənistandakı keçmiş səfiri Rayner Morel, Avropa parlamentinin deputatı Eleni Teoxarius (Kipr), “Kipr Həmrəylik Hərəkatı”nın sədri İoannisa Selinopulos artıq Qarabağdadırlar.
Bundan başqa, Latviya, Sloveniya, İspaniya, Böyük Britaniya, Rumıniya, Slovakiya, Belçika və s. ölkələrdən də nümayəndə heyətləri də “referendum”u müşahidə edəcək.
/Modern.az/