15 Mart 2017 18:34
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cocuq Mərcanlı kəndinin elektrik enerjisi ilə təmin edilməsində heç bir problem ola bilməz”.

Bunu Teleqraf.com-a açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, “Azərenerji” ASC cəbhə bölgəsinin elektrik enerjisi ilə bağlı məsələlərini daim diqqət mərkəzində saxladığı kimi bu hadisəni də qürur hissi ilə qarşılayaraq xüsusi nəzarətə götürüb: “Yeni qurulan yaşayış massivinin təchizatçıların tələbinə uyğun etibarlı, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etməyə yetərincə generasiya güclərimiz var.

Vaxtında bu sahədə görülmüş qabaqlayıcı tədbirlər və yeni güclərin regionlar üzrə paylaşdırılması bunu deməyə əsas verir”.

Yəhya Babanlı qeyd edib ki, 2008-ci ilin 18 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Füzuli rayonunda Baş Mil kanalı üzərində təməli qoyulan və onun iştirakı ilə 2012-cı il 15 dekabr tarixində istismara verilən 25 MVt gücündə su elektrik stansiyası (Füzüli SES) bunun əyani təsdiqidir.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər