16 Mart 2017 16:43
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ticarətçilər bayram ərəfəsində müştərilərin artdığını görürlər və bundan istifadə edirlər.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.

“Bu yaxınlarda mən qiymətləri nəzarətdə saxlamaq üçün bir necə marketdə oldum. Qiymət yanaşmaları müxtəlifdir. Mətbuat qiymətlərin qalxması barədə daha çox həyəcan təbili çalır. İki böyük ticarət mərkəzinə səfərim zamanı qiymətlərin insanları narahat edəcək dərəcədə artmadığını müşahidə etdim”, - deyə Əli Əhmədov bildirib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda ənənəvi olaraq, həmişə bayram ərəfəsində qiymətlər qalxır, amma bu, belə olmamalıdır: “Ticarətçilər bayram ərəfəsində müştərilərinin artdığını görürlər və bundan istifadə edirlər. Bəlkə də başqa cür olsaydı, daha yaxşı olardı. Amma bu da reallıqdır”.

Ə.Əhmədov deyib ki, Azərbaycanda qiymətlərin yüksək olması mətbuatda təsvir edilən qədər deyil: “Hökumət olaraq, bizim vəzifə borcumuz bazardakı qiymətlərin artmasına imkan verməməkdir. Hökumət bu barədə fikirləşir. Əgər imkan olsa, məmnuniyyətlə bayramqabağı bazarlara yenə də baş çəkərəm”.


Müəllif:

Oxşar xəbərlər