“Truppa müdiri aktyor və aktrisaları yığıb teatrın rəhbərinin çalışdığı Teatr Xadimləri İttifaqına 40 manat illik pul köçürməyi tələb edir”.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Akademik Milli Dram Teatrından uzaqlaşdırılan aktyor Hikmət Rəhimov sosial şəbəkədə çıxış edib:
“Sual olunur, Teatr Xadimləri İttifaqının binasındakı icarədə olan restoran və obyektlərdən gələn gəlirlərdən gözün doymadı? Axı, sən özün mənə otaqda deyirdin ki, beşbarmaqla, tapança ilə gəzən oğlan olmuşam. Mən səmimiliyinə inandım. Beşbarmaq və ya tapança ilə gəzən, yuxarı məhlədə böyüyən oğlan aktyorlardan necə pul yığa bilər? Axı aktyor güclə dolanır... Bilirsənmi ki, qaz və işıq pulunu verməyə, yeməyə çörəyi necə tapır?
Ya elə bilirsən ki, hamı 5000 manat maaş alır, restoran işlətməklə, ponçik alış-verişi ilə məşğuldur? Tələbələrin istisna olmaqda qalan hansı aktyora qapı açdın, çörək verdin ki, indi 40 manatdan pul yığırsan?
Səni səs verib seçənlər və arxanca gələnlər sənə sual veriblərmi ki, bu illər ərzində Teatr Xadimləri İttifaqında alverdən başqa nə ilə məşğulsan?”
Pərvin