Azərbaycanın bir çox tanınmış simaları da bu hadisəyə biganə qalmayıb, öz feysbuk və instaqram hesablarında erməni xislətinə qarşı etirazlarını bildiriblər. Tanınmışlardan bəziləri isə fikirlərini məhz Teleqraf.com saytı ilə bölüşüblər.
Bir vaxtlar cəbhə bölgəsində yaşadığını bildirən müğənni Günay İbrahimli hadisə ilə bağlı fikirlərini bildirib:
“Nənə və nəvənin bu fotosu ürək parçalayandır. Mən özüm bu gərginliyin arasında doğulmuşam, oradakı ab-havanı görmüşəm. Özüm Füzulidənəm. Orda yaşayanların böyük ürəyi var.
Başa düşürəm, müharibə şəraitindəyik. Nə vaxta kimi bir parçamızı itirmək qorxusuyla yaşayacağıq? Bəs o 18 aylıq Zəhranın günahı nə idi?
Bu şərəfsizliyə nə ad vermək olar? Bunun adı faşizmdir. Körpələrə uzadılan əllər qurusun, qırılsın…”
Xalq artisti Faiq Ağayev də sosial şəbəkədə günahsız sakinlərin ölümü ilə bağlı fikrini bildirib:
“O məsum 2 yaşlı körpənin soyuqqanlı qətli də sizə dərs olmayacaq. Ermənisevərlik ləlöyünləri, gəbərin! Allah Zəhra Quliyevaya rəhmət eləsin. Qisası alınmalıdır dığalardan…”
Əməkdar artist Elza Seyidcahan Sahibə və Zəhra Quliyevaların fotosunu sosial şəbəkədə yayımlayıb və çox pis olduğunu yazıb:
“Görəsən, Allahın lənətindən necə qurtulacaqlar? Bu dinc, məsum insanlara qarşı vəhşilik törədənlər... Allah onlara lənət etsin, gül nənə və nəvəyə rəhmət diləyirik”.
O bu hadisəylə bağlı şeir də yazıb:
Erməni, soyun yoxdur!
Kökün kəsilsin!
Erməni, kökün yoxdur!
Əslin kəsilsin!
Erməni, əslin yoxdur!
Nəslin kəsilsin!..”
Müğənni Nadir Qafarzadə isə hisslərini belə ifadə edib: “Belə də dərd olar? Bu, vəhşilər nə vaxta qədər qan içəcəklər?”
Xalq artisti Alim Qasımov isə bu barədə belə deyib: “Bu terrordur? Yox… Bu terrordan da betərdir. Allah o erməni tayfasının cəzasını versin! Bu böyük faciədir”.
Xalq artisti Flora Kərimova: “Adətən deyirlər azərbaycanlılar səbrli millətdirlər. Mən artıq səbrli olmaq istəmirəm. Allah səbrimizi kəssin! Təkcə Zəhra ölmədi. Onunla bir insanlıq öldü”.