1 Noyabr 2017 14:55
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin İrana rəsmi səfərə gedib.

Teleqraf.com TASS agentliyinə istinadla xəbər verir ki, Putinin Tehran aeroportunda iranlı rəsmilər qarşılayıb.

Məlumatlara görə, Putin ilk olaraq iranlı həmkarı Həsən Ruhani ilə təkbətək və geniş tərkibdə görüşlər keçirəcək.

Bu gün axşam saatlarıda isə Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü baş tutacaq.

Daha sonra isə Putin azərbaycanlı həmkarı İlham Əliyevlə bir araya gələcək.


Müəllif: Samir