1 Avqust 2014 14:48
2 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bizimkilərin dediyinə əsasən, Məzəm istiqamətində bir erməni avtomobili vurulub”.

Məlumata görə, bu açıqlama ilə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimov öz Feysbuk səhifəsində çıxış edib.

O, Ermənistanla Qazaxın sərhədində dünən bütün gecə qızğın döyüşlərin getdiyini yazıb:

“Dünən axşam saat 21-00-dan başlayaraq, gecə səhərədək Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən bütün kəndlərində qızğın atışma gedirdi. Bizimkilərin dediyinə əsasən, Məzəm istiqamətdə bir erməni avtomobili vurulmuşdu. Axşam saaatlarında Kəmərli kənd istiqamətində 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu (Cəfərli kənd sakini) adlı gizirimiz erməni snayperinə tuş gəlib ölmüşdür. Bu gün səhər aldığımız məlumata əsasən, Məzəm və Abbasbəyli kəndlərindən qadınlar və uşaqlar çıxarılırlar. Vəziyyət gərgin olaraq qalır. Aldığımız məlumatları sizlərə çatdıracağıq!”

/axar.az/


Müəllif:

Oxşar xəbərlər