Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Respublikasının yeni seçilmiş Prezidenti Coko Vidodoya təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir: "Hörmətli cənab Vidodo, İndoneziya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".