21 Yanvar 2018 23:11
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün BMT Təhlükəsizlik Şurasında Suriyadakı vəziyyətlə bağlı məsləhətləşmələr keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib.

Suriyada son vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını rəsmi Paris xahiş edib.

Qeyd edək ki, yanvarın 21-də Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.


Müəllif: Ayxan

Oxşar xəbərlər