Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində başladığı “Zeytun budağı” adlı əməliyyatın 6 günlük nəticəsinə dair bəyanat yayıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bəyanatda bu günədək 306 terrorçunun zərərsizləşdirildiyi bildirilib. Həmçinin bu gün 25 hədəfin 14 təyyarə ilə vurulduğu qeyd olunub.
“Zeytun budağı” plan üzrə davam etdirilir.