29 Yanvar 2018 14:29
3 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatında yeni nəsil silahlardan istifadə edir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bugündən etibarən türk ordusu terrorçuların mövqelərini vaxtında aşkar etmək üçün yerli istehsal olan pilotsuz uçan aparatları döyüş meydanına buraxacaq.

Bu PUA-lar 24 saat ərzində Afrin və ətrafındakı əraziləri nəzarətdə saxlayacaq.

Bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Ümumilikdə, türk ordusu Afrində yerli istehsal olan bu silahlardan istifadə edir:

- Kirpi və Fırtına toplatı

- “Atak” helikopterləri

- SOM raketləri

- Mağaralara və sığınacaqlara nüfuz edə bilən bomba

- Zirehli personal daşıyan avtomobil.

Türkiyə MN Afrin əməliyyatlarında istifadə edilən silahların 65 faizinin yerli istehsal olduğunu açıqlayıb.


Müəllif: Samir

Oxşar xəbərlər