Ermənistan hökuməti son vaxtlar cəbhə bölgəsində gedən şiddətli döyüşlərdən sonra ciddi narahat olmağa başlayıb. Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin cəbhədəki hadisələrlə bağlı açıqlamasından sonra Ermənistanın narahatçılığı bir az da artıb və rəsmi İrəvan ABŞ tərəfə üz tutub.
Ermənistan müdafiə nazirinin müavini David Tonoyan ABŞ-a səfər edib. Onun Kanzas ştatının qubernatoru, general Li Tafanelli ilə görüşündə hərbi əməkdaşlıq haqqında müzakirələr aparılıb.
Görüşün təfərrüatları barədə hələlik heç bir məlumat verilmir.
Qeyd edək ki, bir neçə gün əvvəl erməni jurnalistlər Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinə rəsmi Moskvanın Kollektiv Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan Ermənistanın təhlükəsizliyi üçün niyə heç bir addım atmaması barədə sual vermişdilər. Səfir isə konkret cavab verərək sualdan yayınmışdı: “Bunun üçün Ermənistan KTMT-yə rəsmi müraciət etməlidir”.
ans press