8 Fevral 2018 13:27
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər nazirinin müavini Oleq Sıromolotov Türkiyə Silahlı Qüvvələri ilə Azad Suriya Ordusunun Afrində keçirdiyi əməliyyatları dəyərləndirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, əməliyyatların bölgədə yeni gərginlik nöqtəsi yaratdığını bildirib:

“Təəssüflə qeyd etməliyəm ki, ABŞ və Türkiyə NATO müttəfiqi olmalarına baxmayaraq, bu məsələdə əks tərəflərdədir. Ona görə də, bölgədə yeni gərginlik nöqtəsinin yaranması qaçılmazdır.

Ankara Afrin əməliyyatlarının Suriyadakı siyasi prosesə yönəlik fəaliyyətə zidd olmadığı və bu istiqamətdə hərəkətinə davam edəcəyi ilə bağlı bizə zəmanət verib”.

Sıromolotov qeyd edib ki, Rusiya və ABŞ kəşfiyyatı terrorçuluqla mübarizə sahəsində yeni təmaslar qurmağı planlayır.


Müəllif: Samir

Oxşar xəbərlər