Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib.
Teleqraf.com prezident.az saytına istinadən xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə gəlib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısına məlumat verib.
Sonra Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.
Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirildi. Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.
Səxavət