26 Fevral 2018 10:47
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı faciəsini unutmadıq və bu faciənin bir daha təkrar olunmasına izin verməyəcəyik.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlüd Çavuşoğlu Tvitter səhifəsində yazıb.

M.Çavuşoğlu qeyd edib: "1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalıda yüzlərlə azərbaycanlı qardaşımız, soydaşımız vəhşicəsinə qətlə yetirildi".

Xatırladaq ki, Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər