ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı martın 29-da dərc olunacaq.
Bu barədə ATƏT DTİHB-nin müşahidə missiyasından bildirilib./Report/
Xatırladaq ki, missiyaya Hollandiyadan olan Korien Yonker (Corien Jonker) başçılıq edir.
Ümumiyyətlə, uzunmüddətli missiya 30 müşahidəçidən, 10 ekspertdən ibarət əsas heyət və martın 15-dən etibarən ölkənin regionlarına göndəriləcək 20 uzunmüddətli müşahidəçidən ibarətdir.
Azərbaycanda bu il aprelin 11-də keçiriləcək prezident seçkilərini izləmək üçün DTHİB əlavə olaraq 280 qısamüddətli müşahidəçi göndərəcək. Ekspertlər və uzunmüddətli müşahidəçilər 19 ölkəni təmsil edirlər.
Aprelin 12-də ATƏT DTİHB missiyası mətbuat konfransında seçkiləri müşahidənin ilkin nəticələrini açıqlayacaq. Sonrakı iki ay ərzində isə yekun hesabat dərc olunacaq.